525.Az

Qubaya qar yağıb


 

Qubaya qar yağıb<b style="color:red"></b> Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun iki yaşayış məntəqəsinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qarın qeydə alındığı yaşayış məntəqələri Xınaqlıq və Qırız kəndləridir.

Quba Regional Hidrometerologiya müəssisəsindən verilən məlumata görə, Qırıza 1 sm, Xınalığa isə 3 sm qalınlığında qar yağıb. Temperatur mənfi 2 dərəcəyədək düşüb.
 





17.10.2015    çap et  çap et