525.Az
FHN Göyçayda baş vermiş yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçayda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
525.az-ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Göyçay şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında, vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
17.10.2015
çap et