525.Az

Mxitaryan: "Qəbələ" ilə oyuna hazırlaşıram"


 

Mxitaryan: "Qəbələ" ilə oyuna hazırlaşıram"<b style="color:red"></b>

Oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində Bakıda "Qəbələ"nin qonağı olacaq "Borussiya" (Dortmund) klubunun erməni futbolçusu Henrik Mxitaryan Rusiyanın "Sport-Express" qəzetinə müsahibə verib.

Qol.Az-ın məlumatına görə, Mxitaryan Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Azərbaycana viza almışam? Bilmirəm. Pasportum məndə deyil. Bu barədə rəhbərlikdən soruşsanız yaxşı olar. Mən "Qəbələ" ilə oyuna hazırlaşıram".

Qeyd edək ki, "Borussiya" klubunun icraçı direktoru Xans-Yoahim Vatske böyük ehtimalla, erməni futbolçunun Bakıya gəlməyəcəyini bildirib.

 





19.10.2015    çap et  çap et