525.Az

Bişkekdə “Azərbaycan musiqisi qonağımızdır” adlı konsert keçirildi - Fotolar


 

Bişkekdə “Azərbaycan musiqisi qonağımızdır” adlı konsert keçirildi - <b style="color:red">Fotolar</b>

18 oktyabr - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar ölkəmizin Qırğız Respublikasındakı Səfirliyinin dəstəyi, Qırğızıstanın “Kurak” İctimai Birliyinin və “Simfoniya Ala-Too” İctimai Birliyinin təşkilatçılığı ilə  Toktoqul Satılqanov adına Qırğızstan Milli Filarmoniyasında Azərbaycan və Qırğızstan opera müğənnilərinin konserti keçirilib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, konsertin dirijorları Cumaxmatov adına Qırğızıstan Dövlət akademik simfonik orkestrinin dirijoru, Qırğızıstanın Əməkdar Artisti Raxat Osmanaliyev və beynəlxalq müsabiqələr laureatı, M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev olub.

Azərbaycan tərəfdən Opera və Balet Teatrının solistləri, əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev çıxış ediblər.

Qırğızıstanı isə Moldıbayev adına Opera və Balet Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Bakıt Ibıkeev, Daniyar Musayev, Kunduz Karıpaeva, Zaira Raimbekova və başqaları təmsil ediblər.

Konsertin sonunda Azərbaycanın Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov müğənillərə möhtəşəm konsertə görə təşəkkür edib və onlarla xatirə şəkilləri çəkdirib.

 





19.10.2015    çap et  çap et