525.Az

FHN Xəzərdə təlim keçirəcək


 

FHN Xəzərdə təlim keçirəcək<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci ilin noyabr ayında müvafiq texnika və avadanlıqlar cəlb edilməklə nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

FHN-dən APA-ya verilən məlumata görə, komanda-qərargah təlimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində baş tutacaq.

Hazırda göstərilən ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.
 





19.10.2015    çap et  çap et