525.Az

Hindistanda ultrasəs ilə mobil ödənişlər xidməti istifadəyə verilib


 

Hindistanda ultrasəs ilə mobil ödənişlər xidməti istifadəyə verilib<b style="color:red"></b> Hindistanın “Ultracash” şirkəti ultrasəs əsasında ödənişlər həyata keçirməyə imkan verən mobil ödəniş servisini istifadəyə verib. 
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkət sınaqları uğurla başa çatdırıb və proqrama 500-ə yaxın ticarət nöqtəsini qoşub. Son 2 ayda proqram 20 min dəfə yüklənib, istifadəçilər əlavədə 24 min tranzaksiya həyata keçirib.
 
Əlavədən istifadəyə başlamaq üçün yalnız bank hesabı və smartfon tələb olunur. Şirkət nümayəndələri qeyd edirlər ki, hesabın əvvəlcədən vəsaitlə doldurulmasına və ya internetə qoşulmağa, həmçinin ödəniş informasiyasının ötürülməsi üçün “NFC” çip və ya proqram təminatına ehtiyac yoxdur. İstifadəçi ödəniş terminalını da quraşdırmır. Ödənişləri mobil telefon vasitəsilə qəbul etmək mümkündür.
 
“Ultracash” artıq “PCI DSS” təhlükəsizlik sertifikatını alıb və patent hüququ üçün müraciət edib, - "Payspacemagazine” yazır.
 





19.10.2015    çap et  çap et