525.Az
"Bu günə qədər "Azərenerji" bütün kreditlərini özü ödəyib"
“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev rəhbərlik etdiyi qurumun dövlət büdcəsindən subsidiya almasına baxmayaraq, fəaliyyətinin qənaətbəxş və rentabelli olmaması ilə bağlı Milli Məclisdə səslənən fikirlərə münasibət bildirib.
“APA-Economics”in məlumatına görə, E. Pirverdiyev bildirib ki, "Azərenerji" azsaylı müəssisələrdən biridir ki, xarici öhdəliklərini (kreditlərin ödənilməsi) özü yerinə yetirir:
"Hökumət subsidiya vermək istədiyi zaman verir, verməyəndə vermir. Amma "Azərenerji" yeganə müəssisələrdən biridir ki, bu günə qədər aldığı bütün kreditləri özü ödəyib".
Qeyd edək ki, Milli Məclisdə aparılan müzakirələr zamanı bir neçə millət vəkili bildirib ki, bir sıra dövlət müəssisələri, o cümlədən "Azərenerji" ASC dövlət büdcəsindən subsidiya almasına baxmayaraq, ASC-nin fəaliyyəti qənaətbəxş deyil.
Bundan başqa, millət vəkilləri dövlət büdcəsinin vəsaitləri hesabına "Azərenerji"nin xarici öhdəliklərinin yerinə yetirilməsinin yolverilməz olduğunu bildiriblər.
20.10.2015
çap et