525.Az

Səməd Vurğunun Ev muzeyində Vaqif Səmədoğlu guşəsi açılıb


 

Səməd Vurğunun Ev muzeyində Vaqif Səmədoğlu guşəsi açılıb<b style="color:red"></b>

Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun Ev muzeyində bu ilin əvvəlində dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlunun guşəsi salınıb.

Bu haqda Modern.az-a muzeyə rəhbərlik edən Nüşabə Vəkilova məlumat verib.

Onun sözlərinə görə, Səməd Vurğunun Ev muzeyində həyat yoldaşı Vaqif Səmədoğluya aid guşə salınıb və orada xalq şairinin şəxsi əşyaları, əlyazmaları qorunub saxlanılır.

Nüşabə Vəkilova yerin o qədər də geniş olmaması səbəbindən əşyaların çoxunu yerləşdirə bilmədiklərini də qeyd edib. 

 





20.10.2015    çap et  çap et