525.Az

Nəqliyyat müfəttişlərinin bir qismi ixtisara düşəcək


 

Nəqliyyat müfəttişlərinin bir qismi ixtisara düşəcək<b style="color:red"></b> "Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq".

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
 
"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq", - deyə nazir müavini bildirib.
 
M. Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib:

"Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq".
 





20.10.2015    çap et  çap et