525.Az

"Nokia” və “Alcatel-Lucent” şirkətləri birləşir


 

"Nokia” və “Alcatel-Lucent” şirkətləri birləşir<b style="color:red"></b> Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” Çin Ticarət Nazirliyindən (MOFCOM) rəqibi “Alcatel-Lucent” Fransa-ABŞ şirkətinin satın alınmasına icazə verilməsini açıqlayıb.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla iki şirkətin birləşməsi yolunda daha bir maneə aradan qaldırılıb.
 
“MOFCOM”-un bəyanatında deyilir ki, “Nokia” 10 dekabr 2015-ci ildə simsiz rabitə standartlarından istifadəyə və patentlərin lisenziyalaşdırılmasına aid müəyyən şərtləri yerinə yetirməyə razılıq verib. Çin hakimiyyətinin bazarı “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin aktivlərinin birləşməsi nəticəsində mənfi təsirlərdən qorumağa yönələn tələbləri barədə ətraflı məlumat verilmir.
 
Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb. 2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir. İyulun sonunda saziş Avropa Komissiyası tərəfindən təsdiqlənib.
 
“Alcatel-Lucent”in satın alınması Finlandiya istehsalçısına İsveçin "Ericsson” və Çinin “Huawei” şirkətləri ilə rəqabət aparmağa imkan verəcək.
 
2014-cü ildə şirkətlərin ümumi gəliri 27 milyard dolları ötüb. Əməkdaşların ümumi sayı isə 100 minə yaxındır, - “DailyComm” yazır. 
 





20.10.2015    çap et  çap et