525.Az

“Xiaomi” 60 düyümlük televizor təqdim edib


 

“Xiaomi” 60 düyümlük televizor təqdim edib<b style="color:red"></b> Çinin “Xiaomi” şirkəti 60 düyüm diaqonallı ekrana malik “Mi TV 3” smart televizorunun yeni versiyasını təqdim edib.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, televizorun qiyməti 4999 yuan (785 dollar) təşkil edir.
 
Bildirilir ki, “4K” təsvir ölçüsünə malik televizorun yuxarı hissəsində qalınlığı 11,6 mm, aşağı hissəsində 36,7 mm-dir. Qurğu “Android” əməliyyat sistemi bazasında şirkətə məxsus "MIUI” daxili proqram təminatının idarəetməsi ilə işləyir.
 
“Mi TV3” iki hissədən - televizor və özündə çoxlu hesablama gücünü birləşdirən səs sistemindən ibarətdir. Onun köməyi ilə istənilən televizoru, eləcə də monitor və proyektoru “ağıllı” funksiyalarla təchiz etmək olar. Panelin ayrılıqda qiyməti 999 yuan (160) təşkil edir. Audiosistemdə dinamiklər və 60 QHs-22 kQs diapazonunda işləyən sabvuferlər quraşdırılıb.
 
Televizorun satışa çıxarılma tarixi barədə məlumat verilmir, - “Qazeta” yazır.
 





20.10.2015    çap et  çap et