525.Az

Daha iki polis rəisi təyin edildi


 

Daha iki polis rəisi təyin edildi<b style="color:red"></b> Daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrləri ilə buna qədər Daxili İşlər Nazirliyində çalışan Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
 
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev isə tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə Qax rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov tutduğu vəzifədən azad edilərək Pirallahı Rayon Polis Şöbəsinin rəisi, 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov isə tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifələrinə təyin olunublar.
 





21.10.2015    çap et  çap et