525.Az

DİN məlumat yaydı


 

DİN məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) Bakıda törədilən silahlı insidentlə bağlı məlumat yayıb.

525.az-ın DİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 20-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov xəstəxanaya yerləşdirilib.
 
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.
 





21.10.2015    çap et  çap et