525.Az

"Bakı, mən səni sevirəm" finala yaxınlaşır


 

"Bakı, mən səni sevirəm" finala yaxınlaşır<b style="color:red"></b>

Türkiyənin tanınmış aktrisası Eyşam Özhimin də dəvət edildiyi səsləndirilmə prosesi artıq başa çatıb.

525.az-ın məlumatına görə, hazırda Moskvada filmin son ştrixləri vurulur. Kinolayihənin 2013-cü ilin fevralında təhvil verilməsi nəzərdə tutulub. Kinolayihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubyevdir.
 
Rejissorları isə Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov (Azərbaycan), Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya) və Andre Badalodur (İtaliya).

Qeyd edək ki, "Bakı, mən səni sevirəm" kinolayihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir.

GÜNEL

 





08.01.2013    çap et  çap et