525.Az

Leyla Əliyeva "Puşkin" medalı ilə təltif edildi


 

Leyla Əliyeva "Puşkin" medalı ilə təltif edildi<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın "Puşkin" medalı ilə təltif edilməsi haqqında fərman imzalayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb.
 
Fərman oktyabrın 20-də imzalanıb.
 





22.10.2015    çap et  çap et