525.Az

Emi Vaynhausun ölüm səbəbi açıqlandı


 

Emi Vaynhausun ölüm səbəbi açıqlandı<b style="color:red"></b>

İngiltərə məhkəməsi keçən il dünyasını dəyişən müğənni Emi Vaynhausun spirtli içkidən zəhərləndiyini təsdiqləyib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məluamta görə, 27 yaşında dünyasını dəyişən Vaynhausun ölümüylə bağlı Sant Pankras Məhkəməsidə aparılan istintaqla bağlı qərar elan edilib. Qərarda müğənninin alkoqol zəhərlənməsindən öldüyü bildirilib.

Vaynhausun ölümüylə bağlı aparılan ilk istintaqda müstəntiqin hüquq sahəsindəki təcrübəsinin yetərli olmadığı ortaya çıxmış, yenidən istintaq başlaması haqda qərar verilmişdi. İlk istintaqda da müğənninin hədsiz spirtli içki içdiyi üçün öldüyü bildirilmişdi.

 





08.01.2013    çap et  çap et