525.Az

Gənc Ədiblər Məktəbinin yeni məzunlarına diplomlar təqdim olunub


 

Gənc Ədiblər Məktəbinin yeni məzunlarına diplomlar təqdim olunub <b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) 2-ci dönəm Gənc Ədiblər Məktəbinin (GƏM) məzunlarına diplomlat təqdim edilib.

Tədbiri AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq Məktəbin yaranması və fəaliyyəti haqqında məlumat verib:

"2008-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin AYB ilə birgə yaratdığı Gənc Ədiblər Məktəbi bu gün artıq ikinci fəaliyyət dönəmini başa çatdırır. 2007-ci ildə Azərbaycan  Prezidentinin sərəncamı ilə incəsənət və ədəbiyyat sahəsində istedadlı gənclərə təqaüd verilməsi GƏM-in fəaliyyətini daha da səmərəli edib".

Tədbirdə 2-ci dönəm GƏM-in koordinatoru Emin Piri də çıxış edib:

"Bu dəfə Gənc Ədiblər Məktəbinə 200-ə yaxın müraciət olmuşdu. Bu üzvlərdən indi cəmi 50 nəfər diplom aldı. Əlbəttə, GƏM öz fəaliyyətini gələcəkdə də davam etdirəcək. Yeni gələn gənclərə uğurlar arzulayıram".

GƏM-in üzvlərindən Vəfa Mürsəlqızı, Gülnar Səma, Mehman Rzayevin çıxışlarından sonra Rəşad Məcid gənclərə diplomları təqdim edib.

Müşfiq ŞÜKÜRLÜ

 





23.10.2015    çap et  çap et