525.Az

FİFA prezidentliyinə növbəti namizəd


 

FİFA prezidentliyinə növbəti namizəd<b style="color:red"></b>

FİFA-nın keçmiş baş katibi Jerom Şampan növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürüb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı o, FİFA-ya sənədini göndərib.

Qeyd edək ki, J.Şampan bundan əvvəlki prezident seçkisində namizədliyini irəli sürmüşdü. Ancaq daha sonra o, namizədliyini geri götürmüşdü.

Xatırladaq ki, bundan əvvəl İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Braziliya millisinin keçmiş futbolçusu Ziko namizədliyi irəli sürdüklərini açıqlayıb.

 





23.10.2015    çap et  çap et