525.Az

Gəncədə icazəsiz aksiya: saxlanılanlar var


 

Gəncədə icazəsiz aksiya: saxlanılanlar var<b style="color:red"></b> Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.
 
Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.
 
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.
 
Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.
 





23.10.2015    çap et  çap et