525.Az

İpək Yolu yenidən canlanır


 

“TÜRKİYƏ VƏ AZƏRBAYCAN LİDERLƏRİNİN GÜCLÜ SİYASİ İRADƏSİ BU LAYİHƏLƏRİ SÜRƏTLƏNDİRİR”

İpək Yolu yenidən canlanır<b style="color:red"></b>

Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən “Modern İpək Yolu”nda “Strateji Üst (Baza): İzmir” mövzulu konfrans baş tutub.

İzmirdə baş tutan Türkiyənin sabiq nəqliyyat naziri Binali Yıldırım, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASEKA)  hökumətlərarası komissiyanın milli katibi Akif Mustafayev, Nəqliyyat, Dənizçilik və Xəbərləşmə Nazirliyinin sabiq müşaviri Suat Hayri Aka, “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri, “Petkim” neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz və Xəzər Strateji İnstitutu (HASEN) baş katibi Haldun Yavaş yenidən canlanan İpək Yolu və Xəzər Transit Koridorunun bu yoldaki strateji əhəmiyyətini müzakirə ediblər.

A.Mustafayev Xəzər Transit Koridorunun həyata keçməsində ən əhəmiyyətli addımlardan birinin Bakı-Tiflis-Qars qatar yolunun Türkiyədəki 76 km-lik hissəsinin bitməsi olduğunu dilə gətirib. Paydaş ölkələr arasında ortaq tarif və qaydaların da olmasının lazımlı olduğunu dilə gətirən A.Mustafayev həmçinin bölgədəki ticarətə ən böyük maneənin Ermənistanın həyata keçirdiyi işğalın olduğunu da xatırladıb. Katib bildirib ki, əgər erməni işğalı olmasaydı regionda daha çox işlər görülə və daha çox investisiya layihələri həyata keçirilə bilərdi.O qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və bu mövzu ilə dünya maraqlanmır: “Bu məsələ ilə yalnız Azərbaycan və Türkiyə çalışmaqdadır. A.Mustafayev bildirib ki,  Ermənistanın Azərbaycan torpaqlarındakı işğalını davam etdirməsi regionun inkişafına mane olmaqdadır və  ümid edirik ki, ən qısa zamanda bu problem öz  həllini tapar.

Konfransda Şərq-Qərb dəhlizinin əhəmiyyətini ən çox əhatə edən bölgə ölkəsinin Azərbaycan olduğunu, həyata keçirilən  enerji, nəqliyyat layihələrinin hamısı bölgənin taleyini dəyişdirəcəyinə diqqət çəkən Türkiyə Respublikası sabiq nəqliyyat naziri Binali Yıldırım bildirib ki, “Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsi  bu layihələri sürətləndirir. İldırım ayrıca Türkiyə və Azərbaycanı içində olduğu layihələrin regional, qlobal sülhə, qardaşlığa qatqı təmin edəcəyini söyləyib. Türkiyə ilə Azərbaycanın qısa müddətli faydalı əlaqələri ilə deyil uzun müddətli və bölgə sülhünü hədəfləyən bir əməkdaşlıq içində olduğunu deyən İldırım vurğulayıb ki, bunu edərkən heç kim bizim regiondaki müstəmləkə və işğal həvəslilərinə dözüm göstərməmizi gözləməsin:  “Biz bu məzmunda Ermənistanın Türkiyə üzərindəki haqq iddialarını qəbul etmirik və  Qarabağı işğal etməsi ilə barışan deyilik. Azərbaycanı narahat edən hər şey bizim də canımızı sıxır. Bizim siyasətimiz budur. Sizin üçün yaxşı olan nədirsə bizim üçün də yaxşı olan odur”.

“SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz isə tarixi İpək yolunun yenidən canlanması və yüksəliş dövrünün başladığını, Türkiyənin böyük bir infrastruktur inqilabı reallaşdırdığını söyləyib. SOCAR Türkiyənin də Türk-Azərbaycan ortaqlığı və qardaşlığı ilə Türkiyənin ən böyük real sektor yatırımına imza atdığını və neft emalına inteqrasiyalı bir istehsal modelini həyata keçirmək üçün 10 milyard dollarlıq investisiya qoyuluşunu planlaşdırdıqlarını qeyd edən K.Yavuz 2018-ci ildə TANAP Layihəsinin tamamlanacağını xatırladıb.

Təxminən 10 aylıq bir iş sonrasında “Xəzər Transit Koridoru” hesabatının tamamladıqlarını dilə gətirən Xəzər Strateji İnstitutu Baş katibi Haldun Yavaş əlavə edib ki, Xəzər dənizi, sürətli bir magistrala çevrilir, Qazaxıstan, Azərbaycan və Türkmənistan Xəzər dənizində yüksək tutuma sahib yeni limanlar inşa edir və mövcud limanların imkanlarını daha da artırır.

Ceyhun ABASOV

 





24.10.2015    çap et  çap et