525.Az

“Qobustan” sənət toplusunun payız buraxılışı


 

“Qobustan” sənət toplusunun payız buraxılışı<b style="color:red"></b>

Bu yaxınlarda “Qobustan” sənət toplusunun payız buraxılışı oxuculara təqdim edilib.

Dərgi baş redaktor Vaqif Əlixanlının ənənəvi “Qırx sətir”i ilə açılır.

Xalq şairi Fikrət Qocanın 80 illiyi ilə bağlı verdiyi “Mən haqqınam başdan-ayağa kimi” sərlövhəli müsahibə  Esmira Nəzərlinin təqdimatında verilib.

“Buzovnada sayrışan ulduzlar” rubrikasında Abşeronun əyilməz şairi Haşım bəy Saqibdən bəhs olunub.

Eyniadlı rubrikada Ziyad Səmədzadənin “Aygünün mahnısından sonra Abşeronda nə qədər tut ağacı əkildi” başlıqlı müsahibəsi, “Əziz Mirəhmədovun “İlk sözü”, “Ustaddan halallıq”, “Nadir Axundovun “Sarəngi”, “Firuz Əliyev: Tarın yurdu-yuvası tarzənin sinəsidir”, “...Abşerona məhəbbətlə”  kimi yazılar da yer alıb.

“Amfiteatr” rubrikasında teatrlarımızın repertuarı və aparılan məşqlərin annotasiyası öz əksini tapıb.

“Sarı Sim” bölümündə professor İmruz Əfəndiyevanın “Mən yanmasam...” yazısı yerləşdirilib.

Professor Vaqif Yusifli “Yaqub Mənsuriyyəsi”ndə ustad sənətkarı anıb.

Sənətşünas Əhsən Rəhmanlı yazır ki, “...Məmmədağa Ağayev öz qarmonuyla toylara yaraşıq idi...”

Əhməd Anatollunun 120 illiyi münasibətilə topluda “Əlli il Azərbaycan səhnəsində” məqaləsi işıq üzü görüb.

Yazıçı Azər Abdulla ilə 75 illiyi münasibətilə Narıngül söhbətləşib. Müsahibəni yubilyarın “Su qohumluğu” essesi izləyir.

Toplunun payız buraxılışında həmçinin İntiqam Mehdizadənin “Yeraltı keçiddə tələsməyin”, Şəbnəm Şıxəliyevanın “Xanəndə ifaçılığında “Şüştər” dəstgahı”, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Zedan Mona Abdel-Qəninin təqdimatında “Misir xalq mahnılarının təsnifatı”, Tünzalə Məmmədzadənin “Qədim xalq sənəti-təkəlduz. Dünəni və bu günü”, Telman Kərimlinin “Azərbaycan ərazisində abidələrin bərpası və istifadəsi”, Yeganə Eyvazovanın “Heykəllər tarixdən söz açır”, Elçin Cəfərovun “Vaqif İbrahimoğlunun nağılı”, Fidan Abdurahmanovanın “Ələkbər Salahzadə poeziyasında bəzi anımlar” kimi maraqlı yazılar dərc edilib.

S. MÜRVƏTQIZI

 





24.10.2015    çap et  çap et