525.Az
Suraxanı RİH-in SOCAR-a qarşı şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, SOCAR Suraxanı RİH tərəfindən vətəndaş Sərdar Əlibalayevin adına verilən sərəncamın ləğv edilməsi barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Məhkəmə iddianı təmin edib. Qərarla razılaşmayan icra hakimiyyəti apellyasiya şikayəti verib.
26.10.2015
çap et