525.Az

“Sumqayıt”ın baş məşqçisindən gözlənilməz addım


 

“Sumqayıt”ın baş məşqçisindən gözlənilməz addım<b style="color:red"></b>

Premyer Liqanın 9-cu turununda “Qarabağ”la oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov gözlənilməz addım atıb.

Qol.Az-ın məlumatına görə, son çempion üzərindəki qələbəyə baxmayaraq, Sumqayıt təmsilçisinin çalışdırıcısı oyun bitsə də, komandasının futbolçularına meydanda qalaraq məşq etməyi tapşırıb.

Qeyd edək ki, adətən, məğlub olan komandaların baş məşqçiləri futbolçularına cəza kimi oyundan sonra məşq etdirirlər. İndiki halda isə "Sumqayıt" qələbə qazanıb. Bu halda S.Abasovun addımı çoxları üçün gözlənilməz olub.

 





26.10.2015    çap et  çap et