525.Az

DİN Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb


 

DİN Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib  hadisə yerini tərk ediblər.
 
Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
 
Faktla bağlı araşdırmalar aparılır.
 





26.10.2015    çap et  çap et