525.Az

Banka bomba qoyulması barədə yalan məlumat verən şəxs müalicəyə göndərilib


 

Banka bomba qoyulması barədə yalan məlumat verən şəxs müalicəyə göndərilib<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Vəliyev Hidayət İslam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə H. Vəliyev məcburi psixoloji müalicəyə göndərilib. O, hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cəzadan azad olunub.
 
Qeyd edək ki, H. Vəliyev Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək banklardan birinin ofisinə bomba qoyulması barədə məlumat verib. Lakin onun məlumatı təsdiqini tapmayıb. İbtidai istintaq zamanı H. Vəliyevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi məlum olub.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsinə əsasən təqsirləndirilir.
 





26.10.2015    çap et  çap et