525.Az

"Barselona"nın futbolçusu 4 oyunluq cəzalana bilər


 

"Barselona"nın futbolçusu 4 oyunluq cəzalana bilər<b style="color:red"></b>

İspaniya La Liqasının 9-cu turunda "Eybar"a 3:1 hesabı ilə qalib gələn "Barselona"nın futbolçusu Xavyer Maskerano 4 oyunluq cəzalana bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna argentinalı futbolçunun "Eybar"la görüşdə (3:1) yan xətt hakimini təhqir etməsi səbəb olub.

Matçın 83-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Maskeranoya daha ağır cəza verilə bilər. Maskeranonun yan xətt hakimini təhqir etməsi sübuta yetiriləcəyi təqdirdə İspaniya Futbol Federasiyasının onu 4 oyunluq cəzalandıracağı gözlənilir. Belədə 31 yaşlı futbolçu La Liqanın 12-ci turunda Madrid "Real"ı ilə keçiriləcək derbi oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Real" - "Barselona" oyunu noyabrın 21-də keçiriləcək.

 





26.10.2015    çap et  çap et