525.Az

"SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur"


 

"SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur"<b style="color:red"></b> SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur.

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov  bildirib.
 
Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın Monteneqronun bank sektoruna daxil olması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
S. Qasımov əlavə edib ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi "tərəfdaşlara verilib". "Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq", - deyə vitse-prezident bildirib.
 
Qeyd edək ki, KİV-də yayılan xəbərlərə əsasən, SOCAR Monteneqroda bank açmağı planlaşdırır. Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.
 
SOCAR-a məxsus turizm-kurort kompleksinin dəyəri isə 281,2 mln. dollar həcmində ölçülür. Layihəni SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" reallaşdırır.
 





27.10.2015    çap et  çap et