525.Az

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub


 

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mübariz Tahirov və Telman Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətə azadlıqdan məhrum edilib.
 
Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunurlar.
 





27.10.2015    çap et  çap et