525.Az

“Microsoft” Nyu-Yorkda mağaza açıb


 

“Microsoft” Nyu-Yorkda mağaza açıb<b style="color:red"></b>

“Microsoft” korporasiyası Nyu-Yorkda pərakəndə satış mağazasını istifadəyə verib.  
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda korporasiyanın ABŞ, Kanada, Puerto-Riko ərazisində 110 pərakəndə satış mağazası fəaliyyət göstərir, lakin ikimərtəbəli yeni Nyu-York mağazası onların ən böyüyüdür.
 
Yeni mağazada “Microsoft”un ən yeni məhsulları, o cümlədən "Surface Pro 4” planşeti və ilk dəfə buraxılan “Surface Book” noutbuku, "Lumia” seriyasından olan smartfonlar, "Xbox One” oyun konsolu, “Microsoft Band” “ağıllı” bilərzikləri və “4K” təsvir ölçülü 84 düymlük planşetlə tanış olmaq mümkündür, - “Vesti” yazır.

 





27.10.2015    çap et  çap et