525.Az

"Twilight" 11 kateqoriyada "ən pis"ə namizəddir


 

Amerika kinosunun ən pisləri müəyyənləşir

"Twilight" 11 kateqoriyada "ən pis"ə namizəddir<b style="color:red"></b>

Amerika kinosunun ən pislərinə verilən "Böyürtkən" mükafatlarına bu il Türkiyədə "Alacaqaranlıq" adıyla nümayişinə başlanan "Twilight" seriyasından olan sonuncu film - "Alacaqaranlıq Şəfəq Vaxtı -2" möhürünü vurub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Gözəl Bella, vampir Eduard Qulen və qurd adam Yakob Blak arasındakı məhəbbət macərasından bəhs edən "Alacaqaranlıq: Şəfəq vaxtı - 2" "ən pis film", "ən pis aktyor", "ən pis aktrisa" da daxil olmaqla 11 kateqoriyada namizəd göstərilib.

Digər namizədlər arasında isə "Battleship" və "The Oogieloves in the Big Balloon Adventure" ilə yanaşı keçən ilin mükafat çempionu "That's My Boy" filmi də var.

Mükafatlar "Oskar"ın təqdimatından bir gün əvvəl - fevarlın 23-də sahiblərinə veriləcək.

 





09.01.2013    çap et  çap et