525.Az

Özünü ekstrasens kimi təqdim edərək dələduzluqla məşğul olan qadın tutulub


 

Özünü ekstrasens kimi təqdim edərək dələduzluqla məşğul olan qadın tutulub <b style="color:red"></b> Bakıda özünü ekstrasens kimi təqdim edərək dələduzluq edən qadın saxlanılıb.
 
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
 





28.10.2015    çap et  çap et