525.Az

Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək


 

Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 30-da Neftçala şəhərində Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.
 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 11.00-dan başlayacaq qəbulda yalnız Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda ancaq FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi 35) 29 oktyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 





28.10.2015    çap et  çap et