525.Az

Hava şəraiti daha da kəskinləşəcək, yollar buz bağlayacaq


 

Hava şəraiti daha da kəskinləşəcək, yollar buz bağlayacaq<b style="color:red"></b>

Sabah Azərbaycan ərazisində hava şəraiti daha da kəskinləşəcək, yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildirilib ki, gözlənildiyi kimi Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, yanvarın 8-də axşam və 9-da gecə və səhər intensiv qar müşahidə olunub. Yanvarın 10-da hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı keçəcəyi, ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında yanvarın 10-da soyuq hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 10-da arabir qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 





09.01.2013    çap et  çap et