525.Az
İmişlidə ölümlə nəticələnən yol qəzası
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 19.30 radələrində İmişli rayonunun Məzrəli kəndində baş verib.
Füzuli rayonu Mahmudlu-2 kənd sakini, 1948-ci il təvəllüdlü İmanov Fəlakət Rəşid oğlu idarə etdiyi "Prado" markalı 90 GU 869 dövlət nömrə nişanlı avtomobillə rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımovun idarə etdiyi motosikl toqquşub.
Nəticədə motosiklin sərnişini Bəhrəmtəpə qəsəbə sakini, 1976-cı il təvəllüdlü Quliyev Fəxrəddin İnşallah oğlu dünyasını dəyişib, Vasif Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.
29.10.2015
çap et