525.Az

Ermənilər Tərtərdə dinc sakinləri atəşə tutublar


 

Ermənilər Tərtərdə dinc sakinləri atəşə tutublar<b style="color:red"></b> Erməni silahlı bölmələri Tərtərdə mülki vətəndaşları atəşə tutub.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə bu gün qoşunların təmas xəttinin Tərtər rayonunun Qaradağlı kəndi istiqmətində qeydə alınıb.
 
Qaradağlı kəndinin atəşə tutulması nəticəsində dinc əhali arasında xəsarət alan olmasa da, kənd sakini Qabil Həmidovun traktoruna güllə dəyib.
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Tərtər cəbhəsindəki təmas xəttində monitorinq zamanı da ermənilər atəşkəsi pozmuşdular.
 





29.10.2015    çap et  çap et