525.Az

Yaradıcılıq Fondu gənc müəlliflərin kitablarını təqdim edib


 

Yaradıcılıq Fondu gənc müəlliflərin kitablarını təqdim edib<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondunun (AYF) birgə həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində çap olunmuş dörd kitabın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, layihə çərçivəsində gənc nasirlər Ömər Xəyyam ("Sayrışan hallar") və İkinci Mahmudun ("Ümid arısı"), gənc şairlər Fəridə Məmmədova ("Sevgili üçün notlar") və Alikin ("Günəş qalib gəldi") müəllifləri olduğu kitablar nəşr edilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Fondun Aparat rəhbəri Qismət Rüstəmov öncə tədbir iştirakçılarına Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdullanın salamlarını, müəlliflərə isə onun təbriklərini çatdırıb. Layihə barədə danışan Q. Rüstəmov nəşr olunan kitablar haqqında məlumat verib.

Tədbirdə iştirak edən Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov layihə çərçivəsində kitabları nəşr olunan yazarları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Yazarlar Fəxri Uğurlu, Seyfəddin Hüseynli, Şərif Ağayar, Mübariz Örən, Qan Turalı AYF-nin layihəsi haqqında düşüncələrini bölüşüb, onun əhəmiyyətindən danışıblar.

 





30.10.2015    çap et  çap et