525.Az

Cavanşir Feyziyev təbliğat kampaniyasını başa çatdırdı - Fotolar


 

Cavanşir Feyziyev təbliğat kampaniyasını başa çatdırdı - <b style="color:red">Fotolar</b>

115 saylı Seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyevin seçki öncəsi son görüşləri Kiş qəsəbəsində və Şəki şəhərində olub.

Hər iki məntəqədə görüşlərə qatılmış yüzlərlə seçici deputatın son 5 il ərzində fəaliyyətinə dair hesabatı dinləyib.

Daha sonra çıxış edən vəkillər Baba Yusifov, Rafik Rəsulov, Nağdalı Balaşov və başqaları deputatın keçən 5 ildəki fəaliyyətini təhlil edərək seçiciləri növbəti dəfə ona səs verməyə dəvət ediblər.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd son 5 il ərzində ölkənin iqtisadi-sosial və siyasi həyatında baş verən mühüm hadisələrdən və əldə olunan nailiyyətlərdən danışıb, onları parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Bununla da Cavanşir Feyziyevin seçki kampaniyası ərzində aparılan təbliğat-təşviqat tədbirləri çərçivəsində nəzərdə tutulan seçicilərlə görüşləri başa çatıb.

Bütövlükdə, təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Cavanşir Feyziyev 115 saylı seçki dairəsi ərazisində yerləşən 33 kənd, 1 qəsəbə və Şəki şəhərinin 9 məhəlləsində yaşayan seçicilərlə görüşlər keçirib. Bütün görüşlər seçicilərin yüksək fəallığı şəraitində baş tutub.
 
Toplantılarda çıxış edən seçicilər deputatın son 5 ildəki fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn 1 noyabr Parlament seçkilərində də növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

 





30.10.2015    çap et  çap et