525.Az

Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr”i macar dilində


 

Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr”i macar dilində<b style="color:red"></b>

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr” kitabı macar dilində nəşr edilib.
 
Kitabın tərtibçisi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmlidir.

Yazıçının “Şeyx Şaban”, “Bomba”, “Mirzə Səfər”, “Uca dağ başında” və başqa məşhur hekayələrinin yer aldığı kitabı orijinaldan macar dilinə tanınmış azərbaycanşünas alim, Budapeştdəki ELTE Universitetinin dosenti Mariya Keneşi tərcümə edib.

Səfir Vilayət Quliyev nəşrə Əbdürrəhim bəy Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən söz açan müqəddimə yazıb.
 
İndiyə qədər səfirliyin xətti ilə çap olunan digər kitablar kimi Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələri” də təmənnasız olaraq Macarıstanın 200-ə yaxın kitabxanasına, Budapeştdəki Yunis Əmrə Türk Mədəniyyəti İnstitutuna hədiyyə edilib.

Bu günlərdə ELTE Universitetinin türkoloq tələbələrinin iştirakı ilə Azərbaycan dilinin də öyrənildiyi türk bölümündə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

S.ABDULLAYEVA

 





31.10.2015    çap et  çap et