525.Az

Türkiyənin bir kəndində heç kim səs verməyib


 

Türkiyənin bir kəndində heç kim səs verməyib<b style="color:red"></b>

Kütahyanın Simavda Kuşu kəndində seçicilər bu gün keçirilən parlament seçkilərində məntəqələrə səs verməyə getməyiblər.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yerli hakimiyyətin qəbul etdiyi qanunlara görə, əhalisi 2 mindən az olduğu üçün kəndə çevrilən Kütahyanın Simav əyalətinə aid olan  Kuşudakı seçicilər bundan əvvəlki bələdiyyə seçkilərində də eyni addımı atıblar.   

1400 seçicinin olduğu Kuşuda səsvermə prosesinin başa çatmasına baxmayaraq, 4 seçki qutusunun hamısı boş qalıb. Kənd əhalisinin səsverməyə getməməsinə əsas səbəb kəndlərindən bələdiyyə statusunun alınması olub.

 





01.11.2015    çap et  çap et