525.Az

Azərbaycan tarixinə ehtiram nümunəsi


 

Azərbaycan tarixinə ehtiram nümunəsi <b style="color:red"></b>

AKADEMİK RAMİZ MEHDİYEVİNŞAH İSMAYIL SƏFƏVİ ALİ MƏRAMLI TARİXİ ŞƏXSİYYƏT KİMİMƏQALƏSİ ADMİU-DA MÜZAKİRƏ EDİLİB

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində  Azərbaycan  Respublikası  Prezidenti Administrasiyasının rəhbəri,  akademik Ramiz Mehdiyevin  Şah İsmayıl Səfəvi Ali məramlı  tarixi şəxsiyyət kimiməqalənin geniş müzakirəsi keçirilib.
 
Müzakirəni giriş sözü ilə  açan ADMİU-nun rektoru, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev məqalənin nəzəri-tarixi əhəmiyyətini, onun cəmiyyətdəki müəyyən ideoloji  boşluqların aradan  qaldırılmasına xidmət etdiyini qeyd edib: “Məqalənin əvvəlində epiqraf kimi Şah İsmayıl Xətainin özünə məxsus olan müdrik sözləri yer alır: “Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: ana dilimizi, vicdanımızı, Vətənimizi”. Tarixi varlığımızı yüksək dövlət səviyyətində təcəssüm etdirən bu müdrik vəsiyyət müasir dövlətçiliyimizin yaşı yüzillərlə ölçülən təməl daşlarına istinad etməsindən xəbər verir. Məqalənin ana xəttini tarixi mənbələrə əsaslanaraq Azərbaycan dövlətçiliyinin zəngin ənənələrə malik olmasının əsaslandırılması, bu məlum həqiqətə hələ şübhə ilə yanaşanların məntiqsiz düşüncələrinin faktlarla təzkib edilməsi prinsipi təşkil edir. Hörmətli akademikin qələmindən çıxmış bu tutarlı yazı inkişafımızı gözü götürməyən bəzi xarici qüvvələrin dəyirmanına su tökən, nəinki dövlətçilik tariximizi, hətta milli varlığımızı, soy-kökümüzü inkar edənlərin yanlış düşüncələrinə layiqli cavab verərək onları faktlar qarşısında qoyur. Şübhəsiz ki, bu yazı günümüzün reallıqları baxımından olduqca böyük siyasi-ideoloji, maarifçi-tərbiyəvi əhəmiyyətə malikdir. Bu tutarlı yazı bir tərəfdən milli şüurumuzun daha da cilalanmasına xidmət edir, digər tərəfdənsə nailiyyətlərimizi həzm edə bilməyənlərə çoxdan layiq olduqları qulaqburması verir.  Məqalədə görkəmli alim tədqiqatçıların, Xətainin siyasi ədəbi fəaliyyətinə obyektiv qiymət verən tanınmış ziyalıların fikirləri öz əksini tapır. Bununla da müəllif irəli sürdüyü fikirlərin havadan asılı olmadığını, Azərbaycanın xarici ölkələrin nüfuzlu elm xadimlərinin obyektiv mülahizələri ilə həmahəng olduğunu, onlara əsaslandığını bir daha vurğulayır. O, göstərir ki, Şah İsmayıl Xətainin dövlətçilik tariximizdəki xidmətləri çağdaş dönəmdə tərəfimizdən şişirdilməyib. Xətainin milli dövlətçiliyimiz qarşısındakı xidmətləri həm ötən əsrlərin, həm müasirlərimiz olan tədqiqatçıların əsərlərində dəfələrlə vurğulanıb. Akademik Ramiz Mehdiyevin bu məqaləsi tarixi varislik çağdaş siyasi inkişaf kontekstrində hazırlanmış proqram sənədi kimi dəyərləndirilə bilər”. 

 

Müzakirədə filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək deyib: “Akademik Ramiz Mehdiyev Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin xidmətlərini azaltmaq istəyənlərə  vaxtında olduqca mükəmməl elmi-siyasi cavab verib. Məqalə Səfəvilər dövləti ilə bağlı ciddi araşdırmalar əsasında yüksək intellektual təfəkkürlə yazılıb. Burada Şah İsmayılın əsas xidmətləri: Mərkəzləşmiş dövlət yaratması, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırması, diplomatiya mənbəyi yaratması, ədəbi-mədəni irsi mühafizə inkişaf  etdirməsi tamamilə doğru qeyd olunur”.

 

UniversitetinSosial-siyasi fənlərkafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev çıxış edərək məqalədə həm tarixiliyin güclü olduğunu, həm onun bəzi  bədxahlarımıza tutarlı cavab olduğunu vurğulayıb.

 

Ədəbi yaradıcılıq ekran dramaturgiyasıkafedrasının müdiri, professor Aqşin Babayev akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimiadlı məqaləsinin milli ictimai düşüncəni sözün gerçək anlamında silkələdiyini böyük rezonans yaratdığını qeyd edib.

 

Universitetin humanitar işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva çıxış edərək məqalənin məziyyətlərindən danışıb: “Məqalənin qayəsi tarixi kimliyimizi müasir-qloballaşan dünyaya tarixən doğru təqdim etməkdir. Qeyd edim ki, bu qiymətli əsərin üslubuna əzəmi bir qürur hissi xasdır. Bu isə milli iftixar dövlətçilik  məsuliyyətindən irəli gəlir. Akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi Ali məramlı  tarixi şəxsiyyət kimiməqalələsi bizim humanitar ictimai elmlər sahəsində prioritetimizi müəyyən edən əsəridir”.

 

Müzakirələrdə çıxış edən ADMİU-nun prorektoru, professor Rafiq Sadıqov, “Sənətşünaslıqfakültəsinin dekanı, dosent Vəfa Əliyev çıxış edərək Azərbaycan tarixinə, xalqın keçmişinə ehtiramla yazılmış məqalənin ciddi elmi pedaqoji əhəmiyyətə malik olduğunu vurğulayıb, gənc nəsildə tarixi keçmişə ehtiram, gələcəyə inam hissi formalaşdıran məqalənin müddəalarının ali məktəblərin tədris proqramlarına daxil edilməsi zərurətini bildiriblər.  
 





10.01.2013    çap et  çap et