525.Az

Vaxtı keçmiş kreditlərin həcmi yüksəlir


 

Vaxtı keçmiş kreditlərin həcmi yüksəlir<b style="color:red"></b> Azərbaycanda kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin oktyabrın 1-ə 1 mlrd. 353,8 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 380,6 mln. manat və ya 39,11% çoxdur.
 
Problemli kreditlərin həcmi sentyabrın 1-ə olan göstərici ilə müqayisədə 20,2 mln. manat və ya 1,51% artıb.
 
Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,08% təşkil edir.
 





02.11.2015    çap et  çap et