525.Az

Çin 2020-ci ildə superkollayderin tikintisi üzrə işlərə başlayacaq


 

Çin 2020-ci ildə superkollayderin tikintisi üzrə işlərə başlayacaq<b style="color:red"></b> Çin elementar hissəcikləri yüksək güclə qovaraq onların sürətini artıracaq dünyanın ən böyük kollayderinin inşası üzrə işlərə 2020-ci ildə başlayacaq.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Çin Elmlər Akademiyasının Yüksək Enerji Fizikası İnstitutunun direktoru Van Yifan “China Daily” nəşrinə müsahibədə bildirib.
 
Çin kollayderi 2012-ci ildə Hiqqs bozonunu aşkar edən Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) Böyük Adron Kollayderindən (BAK) iki dəfə böyük olacaq.
 
Bildirilir ki, superkollayderin enerji gücü BAK-ın enerji imkanlarını yeddi dəfə üstələyəcək.
 
Çinin Sirkulyar Elektron-Pozitron Kollayderinin layihəsi qurğunun 50-100 km çevrədə tikintisini nəzərdə tutur. Sürətləndirici milyonlarla Hiqqs bozonu hissəciklərini generasiya edəcək ki, bu da onun xüsusiyyəti barədə daha dəqiq təsəvvür yaratmağa imkan verəcək.
 
Elektron-Pozitron Kollayderinin ölkənin şimalında Böyük Çin Səddinin başladığı Tsinxuandao şəhəri yaxınlığında inşası planlaşdırılır.
 
Məlumat üçün bildirək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.
 
Qurğu “CERN”-in rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində tikilib, - "Izvestia” yazır.
 





02.11.2015    çap et  çap et