525.Az

Kəlməbaz: 7-ci yazı


 

Kəlməbaz: <b style="color:red">7-ci yazı</b>

Paparatsi

 

İtaliyalı rejissor Federiko Fellininin məktəbdə iti nitqi ilə ad çıxaran bir sinif yoldaşı olub. Qıcıqlandırıcı inadkar təbiətindən dolayı bu oğlan məktəbdəPappataçiləqəbi ilə ad çıxarır. “Pappataçi” (əslipappataci”) yerli ləhcədəağcaqanaqmənasını verirmiş. 1960- ildə Federiko FelliniŞirin həyatfilmini çəkərkən hər yerə burnunu soxan zəhlətökən baş qəhrəmanın dostu foto-reportyoru Paparazzo adlandırır. Sonralar rejissor deyərmişi ki, “paparazzouçan, sancan, oxlu vızıltılı böcəyə işarədir.

Filmin nümayişindən sonra kəlmənin cəm halındakı şəkli, yənipaparazzigeniş yayılır məşhur şəxsləri - idmançıları, aktyor müğənni, siyasət adamlarını təqib edən, onların həyatını dərindən öyrənib heyrətli xəbərlər yaymaqda maraqlı olan foto-reportyorlarapaparazzideyilməyə başlanır.

 

 

Lord ledi

 

Eramızın 5-ci əsrindən başlayaraq german tayfaları olan anqlosakslar Britaniya adasını istila etmişdilər. German tayfalarında adətən başçı ailəsi tayfanın qida təchizatına cavabdeh şəxslər idilər. Anqlosakslarda başçıyahlafweard”, yəniçörəyi mühafizə edən” (“hlaf” – “çörək”, “weard” – “mühafizəçi”) deyilirdi. Başçının arvadı isəhlafdige”, yəniçörək yoğuran” (“dige” – “yoğurmaq”) adlanırdı. Bu sözlər sonradan dəyişmiş, “lord” və “ledi” şəkillərini almışlar

Britaniyadaledikəlməsi uzun zaman cəmiyyətdə yüksək rütbəsi olan qadınlar üçün istifadə edilmişdi. Amma sonradan bu söz nəzakət məqsədilə bütün zərif cinsin nümayəndələrinə şamil olunmağa başlayır. “Lordisə əvvəlkitək Britaniyadahökmdar”, “başçı s. oxşar mənaları ifadə edir.

 

Karantin

 

1347-53 illərdə Avropa əhalisinin 30 faizini tələf etmiş Qara ölümadı ilə məşhur taun pandemiyasından sonra dəniz limanlarında nəzarət gücləndirilir. Həmin ərəfədə Xorvatiyanın Dubrovnik şəhərinin limanına gəlmiş gəmilər onların şəxsi heyəti təhlükəsizlik məqsədilə 30 gün müddətində təcrid edilmiş məkanda saxlanılırdı. Bu dövr ərzində artıq taunun simptomlarının üzə çıxacağı ehtimal edilirdi. Sonradan bu müddəti qırx günə qədər uzatdılar bu tədbirə italyanca karantin (əsli “quaranténa”), yəniqırx günlük dövradını verdilər.

Beləcə, karantin orta əsrlərdən başlayaraq dünyada geniş miqyasda tətbiq edilməyə başlandı. Bu gün yoluxucu xəstəliklərə bulaşmış ya bulaşma ehtimalı olan şəxslərin, heyvanların, yükün, malın s. nəsnələrin müvəqqəti təcrid edilməsinə məhzkarantindeyilir.

 

 





10.01.2013    çap et  çap et