525.Az

SOCAR dizel ixracını azaldıb


 

SOCAR dizel ixracını azaldıb<b style="color:red"></b>

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin oktyabr ayında 74 min 317 ton dizel yanacağı, 23 min 166 ton təyyarə yanacağı ixrac edib.

Trend Dövlət Neft Şirkətinə istinadən məlumat verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 781 599 ton dizel yanacağı (ötən ilin analoji dövründə 826 042 ton), 201 min 360 ton təyyarə yanacağı (158 885 ton) və 280 ton (417 ton) soba mazutu ixrac edilib.

2015-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 485,31 dollar, təyyarə yanacağının - 454,88 dollar, dizel yanacağının - 433,11 dollar, 1% kükürdlü mazutun qiyməti isə 231,63 dollar təşkil edib.

 





02.11.2015    çap et  çap et