525.Az

Habil Əliyevin xatirəsi anılacaq


 

Habil Əliyevin xatirəsi anılacaq<b style="color:red"></b>

Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustası, Xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenli Habil Əliyevin xatirə gecəsi keçiriləcək.

Muğam Mərkəzindən verilən məlumata görə, gecədə iştirak edəcək elm və mədəniyyət xadimləri, sənətkarın sənət dostları, ailə üzvləri Habil Əliyevin həyat və yaradıcılığı ilə yanaşı, onun musiqi mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən söz açacaqlar.


Qeyd edək ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Habil Əliyev 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşaraq el arasında geniş şöhrət tapıb. O, "Segah", "Bayatı-Qacar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni ifa həyatı bəxş edib. Habil Əliyev keçmiş SSRİ respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində - Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambikdə qastrol səfərlərində olub, Azərbaycan musiqisini ləyaqətlə təmsil və təbliğ edib.

Sənətkar sentyabrın 8-də dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 





04.11.2015    çap et  çap et