525.Az

Azərbaycan İstanbuldakı beynəlxalq kitab sərgisində təmsil olunacaq


 

Azərbaycan İstanbuldakı beynəlxalq kitab sərgisində təmsil olunacaq<b style="color:red"></b>

Noyabrın 7-dən 10-dək İstanbulda beynəlxalq kitab sərgisi keçiriləcək.

Tədbirdə ölkəmizin zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nümayəndə heyəti iştirak edəcək.

Nazirlikdən bildirilib ki, sərgi günlərində qurum tərəfindən nəşr edilən kitabların təqdimatı və imza mərasimlərinin keçirilməsi də planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyi və ölkə nəşriyyatlarının nümayəndələri ənənəvi olaraq hər il bu sərgidə xüsusi ekspozisiya ilə təmsil olunur. Cari ildə də nazirliyin iştirakı ilə əlaqədar olaraq 50 kvadratmetr sahə icarəyə götürülüb.

Qeyd edək ki, 34 il müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.

 





04.11.2015    çap et  çap et