525.Az

"Bu açıqlama 5-ci kolondakılar üçün soyuq duş effekti yaratdı..."


 

"Bu açıqlama 5-ci kolondakılar üçün soyuq duş effekti yaratdı..."<b style="color:red"></b>

"Avropa Birliyi noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkisinin beynəlxalq standartlara cavab verdiyini bildirib".

Bunu millət vəkili Sahib Alıyev dilə gətirib. Onun iddiasına görə, adıçəkilən qurum demokratik, azad və şəffaf keçirilən seçki nəticəsində formalaşan yeni parlament, eləcə də Azərbaycanın digər dövlət strukturlarıyla əməkdaşlığa hazır olduğunu da vurğulayıb.
 
"Məncə, Avropa Birliyinin bu açıqlaması təkcə qərbdə Azərbaycanın Dağlıq Qarabağ və müstəqillik məsələsində güzəştə getmək istəməməsindən qeyzlənərək ölkəmizi qaralayan qüvvələr deyil, başqalarına da sərf etmədi. O qüvvələrə ki, ölkəmizlə qərb arasında qarşıdurmanın güclənməsindən faydalanaraq bizi özlərindən tam asılı vəziyyətə salacaqlarını planlaşdırırdılar. Eləcə də əgər sinir hüceyrələri tam korşalmayıbsa, Azərbaycanda bəlkə də qaytardılar düçüncəsilə yaşayan bəziləri, yəni 5-ci kolondakılar üçün də bu açıqlama soyuq duş effekti yaratdı"-deyə, o sözlərinə əlavə edib.

K.HƏMİDOV

 





04.11.2015    çap et  çap et