525.Az

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri


 

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri <b style="color:red"></b> Vergilər Nazirliyində növbəti struktur və kadr dəyişiklikləri həyata keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”sə verilən məlumata görə, qurumun İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Elçin Bəylərov Ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi vəzifəsinə keçirilib.
 
Bundan başqa, Vergilər nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini Rövşən Əhmədov nazirliyin Vergi auditi baş idarəsinin rəisi, Vergi auditi baş idarəsinin rəisi Müsavər Nəbiyev isə nazirin müşaviri vəzifəsinə keçirilib.
 





04.11.2015    çap et  çap et