525.Az

Cəlilabadda torpaq sürüşməsi


 

Cəlilabadda torpaq sürüşməsi <b style="color:red"></b> Cəlilabad -Yardımlı avtomobil yolunun rayonun Pərdi kəndindən keçən hissəsində yenidən torpaq sürüşmələri baş verib.
 
Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, son günlərin  intensiv yağıntıları zamanı dağlardan axıb gələn sel sularının yeraltı suxurlara dolması yol yatağının müəyyən hissəsinin yuyulması, bəzi ərazilərdə isə iri çatların əmələ gəlməsinə səbəb olub.

Mövcud vəziyyət çökmüş yolun ətrafındakı alternativ yolda da müşahidə olunur.

Sakinlərin qənaətincə,  yağıntıların yenidən  başlayacağı təqdirdə ərazidəki dağ yamacının tamamilə sürüşməsi baş verər. Belə olan halda isə 40-a yaxın ucqar yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər.

Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Rayonun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Sürüşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib.
 





05.11.2015    çap et  çap et