525.Az

Kukla Teatrında “Melodiya”


 

Kukla Teatrında “Melodiya” <b style="color:red"></b> Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ideya müəllifi və rejissoru Qurban Məsimov olan “Melodiya” tamaşası böyüklər üçün nəzərdə tutulub.
 
Dram elementlərindən təşkil olunan sözsüz tamaşa pianoçu-bəstəkar Vaqif Mustafazadənin əsərləri əsasında qurulub.
 
Həll etibarilə daha çox festivallar üçün nəzərdə tutulan səhnə əsərinin rəssamı Rəvanə Yaqubovadır. Obrazları Samirə Nəcəfova və Rəhim Rəhimov canlandırırlar.
 
45 dəqiqəlik tamaşanın premyerası noyabrın sonunda keçiriləcək.
 





05.11.2015    çap et  çap et